top
Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?
24 iyun 2026, 13:46
- ↺ +

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Hərbi Məhkəməsində cəmi 1 ay xidmət etdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Məhkəmə zalında səslənən faktlar göstərir ki, gənc əsgərin ölümünə aparan yol təkcə ağır xəstəlikdən deyil, ard-arda baş verən səhlənkarlıq və məsuliyyətsizlik zəncirindən keçib.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədov mühakimə olunur. Ona qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə – qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma ittihamı irəli sürülüb.

Məhkəmə zalında danışan valideynlərin sözləri isə hər kəsi sarsıdıb.

"Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi", - deyə mərhumun atası Sadiq İsayev bildirib.

Cinayət işinin materiallarına görə, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi günlərdən ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Yüksək hərarət, güclü öskürək, halsızlıq və nəfəsalma problemləri ilə dəfələrlə tibb məntəqəsinə müraciət etsə də, ona yalnız səthi baxış keçirilib və xidmətə qaytarılıb.

Məhkəmədə açıqlanan sənədlər göstərir ki, əsgər mayın 6-da və 9-da sanitar hissəyə müraciət edib. Hətta vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində iştirak edə bilməyib.

Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, "xidmətə yararlı" hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.
Valideynlərin fikrincə, məhz bu qərar faciənin dönüş nöqtəsi olub.

Hospital 10 dəqiqəlik məsafədə olsa da...

Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da pisləşib. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub.
Məhkəmə materiallarında göstərilir ki, həmin vaxt Fariz İsazadədə ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.

O, Quba Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

İş üzrə diqqət çəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Lakin pnevmoniya əlamətləri göstərən əsgər vaxtında hospitala göndərilməyib.

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov xəstənin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam yoxlamadan onu yenidən xidmət yerinə göndərib.

Zərərçəkmiş tərəf bildirir ki, həkim həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib.
Məhkəmədə daha bir narahatedici fakt açıqlanıb. Əsgərin xidmət etdiyi hərbi hissənin tibb məntəqəsində növbətçilik peşəkar həkimə deyil, tibbi təhsili olmayan sanitara həvalə olunub. Bu isə kritik vəziyyətdə düzgün tibbi qərarın verilməsini mümkünsüz edib.
Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də bir cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar.

Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının araşdırılmasını, hadisəyə görə məsuliyyət daşıyan hər kəsin qanun qarşısında cavab verməsini istəyib.

Fariz İsazadənin işi üzrə məhkəmə araşdırmaları davam edir. Bu gün, iyunun 24-nə təyin olunan prosesdə tibbi sənədlərin, ekspert rəylərinin və vəzifəli şəxslərin məsuliyyət dərəcəsinin daha ətraflı araşdırılacağı gözlənilir.

Mənbə: Musavat.com

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər