Sosial şəbəkə istifadəçisi Kamilə Məhərrəmli Dənizkanarı bulvarın administrasiyasının ərazisinə daxil olarkən pul tələb edilməsi ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, bulvarda yerləşən restorana getmək üçün 2 manat ödəmək lazımdır. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az məlumat verib.
"Restorana gedən yolda soyğunçuluq var. Dənizkənarı Bulvar İdarəsi özü üçün sistem qurub, əraziyə girən hər maşından 2 AZN alır, fərqi yoxdur, bu maşın burada qalacaq, girib 5 dəqiqəyə geri qayıdacaq. Dünən bildirdim ki, taksi məni aparıb, geri qayıdır. Amma kimə deyirsən? Halbuki sistem çox rahat olmalıdır, 15 dəqiqəlik bir kağız verirsən, qayıtmasa ödəniş alırsan", - deyə Facebook istifadəçisi yazıb.
Eyni fərziyyələr sosial şəbəkələrin bir çox digər istifadəçiləri tərəfindən də irəli sürülüb.
Məsələ ilə bağlı Dənizkənarı Milli Park Administrasiyası İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, bulvarda 5 dəqiqə qalmaq üçün rüsum alınması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
“Yanlış məlumatdır. Bizim əməkdaşlar tərəfindən bu cür münasibət göstərilə bilməz. Bizdə iki manat başqa yerlərdə olduğu kimi, bir neçə saatlıq deyil, birdəfəlik ödənişdir. Vətəndaş iki manat ödəyib saatlarla orada qala bilər”, - deyə İmamverdiyeva vurğulayıb.