Xəzər rayonu, Buzovna çimərliyində və qəsəbənin özündə tullantıların miqdarı kəskin artıb. Bu haqda 20 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Buzovna sakinləri bildirirlər ki, xüsusən də həftəsonları çimərliyə gələn turistlər dənizin sahillərini və qəsəbənin küçələrini zibilləyirlər.
Yerli sakinlər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək çimərliyə gedənlər barəsində tədbir görülməsini, onları təmizliyə riayət olunmasına məcbur etməyi xahiş ediblər.
Şikayətlə bağlı artıq araşdırma aparılır.
[URIS id=53361]