Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı sərgisi keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “Caspian Agro”ya istinadən xəbər verir.
17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi "Caspian Agro" 15-17 may tarixlərində keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən bir çox şirkətlər öz məhsullarını təqdim edəcək.
Sərgiyə yalnız bu sahə ilə məşğul olan peşəkar şəxslər buraxılacaqlar.