Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yeni köşk quraşdırılıb. Nəticədə səki ilə hərəkət edən piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar. Bu haqda məlumatı bu gün, 16 sentyabr tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Verilən məlumata görə, köşk 3 gün əvvəl avtobus dayanacağının yaxınlığında yerləşdirilib. Piyadalar hərəkət zolağına düşərək həm özlərinə, həm də avtomobillərə təhlükə yaradırlar.