Zabrat və Kürdəxanıda təmizlik işləri aparılır.
Azərbaycan Dəmir Yolları xəbər verir ki, Zabrat qəsəbəsi və Kürdəxanı kəndi ərazisində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib.
Təmizlənmiş ərazilərin yenidən sakinlər tərəfindən çirkləndirilməsi ehtimalını nəzərə alaraq ADY təhkim zolaqlarının müəyyən hissələrində maarifləndirici plakatların yerləşdirilməsini planlaşdır.
