Meyxanaçı Ağamirzə vəfat edən dostu və həmkarı Xəyyam Əhmədli haqqında danışıb.
Bakuplus.az xəbər verir ki, sənətçi televiziya verilişlərinin birində mərhum meyxanaçının ölümündən bir neçə saat əvvəl yanında olduğunu deyib.
O, hətta ziyarət zamanı xeyli zarafatlaşdıqlarını da bildirib:
"Dünən Yaşarla birlikdə Xəyyamın yanında idik. Əsas deyirdi ki, ayağımda yara var. Neçə gündür əziyyət verir mənə. Həkimlə məsləhətləşəcəyik. Görək əməliyyat olar ya, yox. Hər bir şey qaydasında idi. 10-15 ilin xatirələrini yada saldıq, xeyli zarafatlaşdıq, gülüb-danışdıq. Hətta təklif etdim ki, meyxana deyək. Cavab verdi ki, "İnşallah, sağalım, meyxana deyəcəyəm". Hamımız şokdayıq. Gecəni demək olar ki, yata bilmədim. Nə bilim, həyatdır. Allah sevdiklərinə səbir versin".
Qeyd edək ki, meyxanaçı Xəyyam uzun sürən xəstəlikdən sonra noyabrın 3-də dünyasını dəyişib. Dünən isə Əhmədli kənd qəbiristanlığında dəfn edilib.