23 sentyabr tarixində Bakıda Beynəlxalq Jest Dilləri Günündə “jestdili.az” saytının təqdimatı olub.
Tədbir Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Doğma jest dili” layihəsi çərçivəsində keçirilib. Saytın hazırlamasında əməyi olan Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları və digər nümayəndələr də burada iştirak edib.
Saytda ümumilikdə 3000-ə yaxın söz jest dilinə tərcümə edilərək foto və video formatda yerləşdirilib.