top
Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Ekspert RƏYİ
27 sentyabr 2024, 06:28
- +

Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Ekspert RƏYİ

“Sosial ipoteka məsələsində ən çox gözlənilən yenilik bankların faizləri aşağı salmasıdır. Bu, birbaşa banklarla bağlı məsələdir. Gərək onlar da tərəfdaş olaraq bu məsələdə maraqlı olsunlar”.

Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq.

Bəs görəsən, Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, sosial ipoteka kreditlərinin faiz dərəcəsi aşağı endirilməyəcək:

Ekspert: “Evi aylıq gəliri çox olan şəxslər ala biləcək” – AÇIQLAMA

“Sosial ipoteka kreditləri 4 faiz ilə verilir. Bu, kifayət qədər aşağı faizdir. Mərkəzi Bankın uçot faizi 7,25-dir. Demək olar ki, bu, iki dəfə çoxdur. Sosial ipoteka kreditlərindəki 4 faiz elə Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsidir. 4 faizlə kredit götürmək, faizsiz kredit götürməklə eynilik təşkil edir.

10-15 ildən çoxdur ki, sosial ipoteka kreditləri 4 faizlə verilir. Bəlkə də aşağı salına bilər. Lakin inanmıram ki, faizi dəyişəcəklər. Şərtləri, verilmə müddəti və məbləği vacibdir. Bunların sırasında ən önəmlisi kreditin davamlılığıdır. Çünki müddət aylıq ödənişə təsir edir”.

Ə.Həsənov qeyd edib ki, kredit rəsmi gəliri olan şəxslərə veriləcək:

“Nə qədər güzəşt olursa olsun, kredit rəsmi gəliri olan şəxslərə veriləcək. Azərbaycan xalqının əksəriyyəti heç faizsiz krediti də qaytarmaq iqtidarında deyil. O qədər gəliri yoxdur ki, həm ailəsini saxlasın, həm də krediti versin.

Kimin pulu çoxdursa, o ev ala biləcək. Bir nəfərin onlarla, yüzlərlə evi var. Bu reallıqdır. Kapitalist ölkələrdə çox adamın evi yoxdur. Kirayədə yaşayırlar. İpoteka kreditinin şərtləri yumşaldılsa belə, bilmək olmazı ki, hamı ev alacaq ya, yox. Kimin maaşı çoxdursa, evi də o ala biləcək”.

 

Son xəbərlər

Xəbər
Dünən, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Dünən, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Dünən, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Dünən, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Dünən, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Dünən, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Dünən, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər