“Rəngarəng” verilişində qonaq olan müğənni Əminə Şirin yenə efiri tərk edib.
Bakuplus.az xəbər verir ki, buna səbəb ifaçının keçmiş həyat yoldaşı Kazım Canın efirə qoşulması olub.
Müğənni heç nə danışmaq istəmədiyini deyərək studiyadan gedib.
Qeyd edək ki, bir müddət əvvəl Əminə Zaur Kamalın aparıcısı olduğu verilişdə də efiri tərk etmişdi. Buna səbəb isə ifaçının verilişə gecikdiyi üçün aparıcının onunla kobud danışması olmuşdu.