Bakının Xətai rayonunda qadın iki uşağı ilə küçədə qalır. Şahidlərin sözlərinə görə, o, Gəncə prospektində avtomobil yolunun kənarında dilənir. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu bildirib ki, həmin qadına dəfələrlə yardım təklif olunub:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə yardım təklif edilib. Danışıqlar aparılıb. Hətta onlara sosial yardım da təyin edilib. Amma bütün bunlara baxmayaraq, qadın küçədə dilənməyi seçib”.