Şəhərin mərkəzində yerləşən tarixi binanın olduğu məhəllə bərbad vəziyyətdədir. Bu haqda bu gün, 8 fevral tarixində Baukplus.az “save.baku” İnstagram səhifəsinə istinadən xəbər verir.
Belə ki, “molokan bağı”nın yanında yerləşən və XIX əsrdə inşa olunan binanın olduğu məhəllə uzun zamandır baxımsız vəziyyətdə qalıb. Tikilinin üz fasadı tam təmirli olsa da, məhəlləyə əl gəzdirən yoxdur.
Memar Elçin Əliyev bununla bağlı öz iradını bildirib. O, həmçinin ev sahiblərinin yaşadıqları əraziyə nəzarət etmədiklərini vurğulayıb.
[URIS id=129056]