Hövsan-Zığ yolunda yerləşən yerüstü piyada keçidi bərbad vəziyyətdədir. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında yerləşən yerüstü piyada keçidi təhlükə saçır. Belə ki, keçid çox hündür olduğundan insanlar çıxmağa çətinlik çəkirlər, liftin isə heç dümyələri yoxdur.
Bundan əlavə, keçid baxımsız vəziyyətdədir. Açıq naqillər sallanır, tavan tökülür. Bu da sakinərə çətinliklər yaradır. Küləkli havada isə təhlükəli vəziyyət yaranır.
“Mən ora çıxa bilmirəm. Qaça-qaça keçirəm ki, maşın məni vurmasın”, – deyə sakin şikayət edir.
Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirilib ki, keçidin təmiri hələ yekunlaşmayıb. Hazırda podratçı şirkət tərəfindən müvafiq addımlar atılır.