Bakının Nəsimi rayonunda yollarda aparılacaq təmir işlərinə görə 495 768 manat xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, rayon icra hakimiyyəti bununla bağlı "Koneks Construction" MMC ilə müqavilə bağlayıb.
Təmir işləri Səməd Vurğun küçəsini əhatə edəcək.
Qeyd edək ki, şirkət bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.
Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərov hazırda deputatdır. Həmin vəzifəyə təyinat olmayıb.