Müğənni Aynur Dadaşova “Bir gün” verilişində maraqlı açıqlama verib.
Bakuplus.az xəbər verir ki, o, həmkarı İzzət Bağırovla bağlı etiraf edib:
"Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 Yanvar" metrostansiyası tərəfdə dedi ki, Aynur, gəl, səni qaçırdım. Dedim ki, anandan qorxuram".
Aynur Dadaşova niyə adının həmkarları ilə hallandığını başa düşmədiyini deyib.
“Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə, deməli, aralarında nələrsə var? Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə”, - deyə müğənni qeyd edib.
Xatırladaq ki, Aynur Dadaşova bir neçə gün öncə həmkarı Niyam Salaminin də ona evlilik təklifi etdiyini, ancaq övladlarına görə ərə getmək istəmədiyini bildirib.