Paytaxtda baş tutan “Kənddən Şəhərə” yarmarkasının may ayında keçiriləcəyi tarixlər açıqlanıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Tədbir həftəsonlarında – mayın 4, 5, 11, 12, 18, 19, 25 və 26-da keçiriləcək. Burada fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını təqdim edəcəklər.
Yarmarka Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında baş tutacaq.