top
Kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür? – AÇIQLAMA
22 oktyabr 2024, 11:00
- ↺ +

Kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür? – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə fərdi şəxslərə aid və banklar tərəfindən verilən kredit kartı limitlərinin müştərinin xəbəri olmadan artırılması ilə bağlı müzakirələr getdikcə daha çox yayılır. Bildirilir ki, banklar heç bir xəbərdarlıq etmədən kredit kartının limiti artırırlar. Limit artdıqca vətəndaşların borc yükünün də paralel olaraq artdığı iddia olunur.

Qeyd edək ki, kredit kartı limitləri ilə bağlı məsələlər vətəndaşla bank arasında bağlanmış müqavilə ilə tənzimlənir. Bu müqavilə banklar haqqında qanuna və Mülki Məcəlləyə uyğun hazırlanır.

Bəs görəsən, kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür?

Mövzu ilə bağlı İnsanoid.com-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, kredit kartları vətəndaşlara verilərkən təqdim olunan müqavilə var: “Həmin müqavilədə bankların hansı vəzifə və funksiyalara malik olduğu qeyd olunur.  Banklar istehlakçının, yəni kredit götürənin kredit reytinqi və limitini topladıqları məlumat əsasında artıra bilərlər.  Bu isə vətəndaşın əlavə borclanması demək deyil. Əksər kredit kartlarında kredit tənzimlənməsi funksiyaları təqdim edilir. Vətəndaşlar seçimlərindən asılı olaraq limitlərini tənzimləyə bilərlər. Banklar isə bu vəziyyətdə vətəndaşların götürə biləcəyi ən yuxarı məbləğin hansı həddə olması ilə bağlı informasiya əldə edirlər. Bankın işi pul satmaq, daha yaxşı müştəri tapıb, öz məhsullarını təqdim etməkdir. Bu üsullardan istifadə edə bilərlər. Günahlandırmaq düzgün deyil”.

R.Həsənov qeyd edib ki, kredit limitinin artması nəticəsində məsuliyyətsiz borclanma istiqamətində meyllilik olur:

“Böyük kütlələr kredit limitlərinin daha yuxarı olması arzusundadır. 2024-cü ildə sosial paketlərin açıqlanmaması nəticəsində alıcılıq gücündə müəyyən zəifləmələr baş verib. Bunun nəticəsi olaraq kreditə ehtiyac artır. Banklar daha çox məhsul təqdim etməklə yüksək qazanc əldə etməyə çalışırlar. Vətəndaşlar da ehtiyaclarını ödəmə fürsətindən yararlanmağa çalışırlar.

Vətəndaşlar banklarla əməkdaşlıq zamanı müqavilə şərtləri ilə tanış olub, mövqelərini ortaya qoymalıdırlar. Təklif olunan bəzi maddələrdən imtina edə bilərlər”.

“Kredit limitləri bəzən vətəndaş üçün müəyyən edilir. Kredit limiti başqa banka və ipoteka kreditinə müraciət zamanı vətəndaşın borc yükü kimi görünür. Vətəndaşın götürə biləcəyindən daha aşağı həcmdə kredit təklif edilir, və ya edilmir.

Buna görə də vətəndaşlar  ilk növbədə istifadə etmədikləri kreditdən imtina etməlidirlər. Eyni zamanda proqram vasitəsi ilə kredit limitlərinin yuxarı həddini müəyyən etməklə bu kimi hallardan sığortalana bilərlər”, – deyə R.Həsənov fikrini tamamlayıb.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Oxşar xəbərlər