Paytaxtın Nəsimi rayonu, “Kubinka” adlanan ərazi, Sübhi Salayev küçəsi baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Sözügedən küçədə yollar kələ-kötür və dağılmışdır. Yağış yağanda hər yer palçıq olur. Bundan əlavə, işıqlandırma sistemi də yoxdur.
“Su partlayır, nə bilim, işıq yox, bir şey yox. Və hamısı dağıla-dağıla gedir. Bir dənə yağış yağan kimi aləmi sel aparır”, - deyə sakinlər bildirirlər.
Nəsimi rayon İcra Hakimiyyəti məsələ ilə bağlı bildirir ki, ərazidəki binalar şəhərin ümumi görünüşünə xələl yetirdiyindən orada yeni yaşayış binaları inşa olunacaq. Bu səbəbdən əraziyə yeni infrastruktur tikmək məqsədəuyğun deyil. Yaxın zamanda sakinlər oradan köçürüləcəklər və söküntü işlərinə başlanacaq.
[caption id="attachment_76675" align="alignnone" width="640"]
Foto AzTv-nin rəsm Youtube kanalı[/caption]