Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən sanatoriya baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Bir zamanlar sanatoriya kimi fəaliyyət göstərən tikilidə daha sonra məcburi köçkünlər yaşayıb. Onlar həmin binadan köçürüləndən sonra tikili baxımsız qalıb və narkomanların məskəninə çevrilib.
Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Namizəd İsmayılov məsələ ilə bağlı bildirir ki, sözügedən bina özəlləşdirilib və yaxın zamanda söküləcək, daha sonra ərazidə abadlıq işləri aparılacaq.
[caption id="attachment_76807" align="alignnone" width="640"]
Foto ATV-nin rəsmi Youtube kanalı[/caption]