Qaradağ rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə həmin qəsəbədə qazın verilişi dayandırılacaq.
Məhdudiyyət saat 10:00-dan etibarən başlayacaq və işlər bitənə qədər davam edəcək.