Bakıda qızılcadan vəfat edən qız yasda xəstəliyə yoluxubmuş. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray İbrahimova Ağdaşda babasının yas mərasimində qızılcaya yoluxubmuş. O, bir müddət Ağdaşda müalicə alıb, daha sonra isə Bakıya gətirilib.
“Mənim uşağıma nə oldusa, Bakıda oldu. Orada ağırlaşdı uşaq. İynə vurdular, nə etdilərsə, göyərdi, rəhmətə getdi”, – deyə mərhumun anası bildirib.
Nurayın 16 yaşlı qardaşı İbrahim İbrahimli isə Ağdaş rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Onun vəziyyəti orta ağırdır.
15 fevral tarixində 14 yaşlı məktəblinin qıızılcadan ölməsi barədə məlumat verilmişdi.