Bakının Xəzər rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə qazın verilişində fasilə yaranacaq. Məhdudiyyət iyulun 22-də saat 10:00-dan etibarən işlər bitənədək davam edəcək.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.