Bakıda 27 sentyabr tarixindən Mərkəzi Nəbatat Bağında “Açıq qapı” günü keçirilir. Bu barədə məlumat Mərkəzi Nəbatat Bağı-nın rəsmi saytında yayılıb.
27 sentyabr tarixində Mərkəzi Nəbatat Bağında “Qarabağın florası və bitki örtüyü”nə həsr olunmuş açıq qapı günü olub. Buraya gələn qonaqlara və məktəblilərə ekskursiya keçirilib və Qarabağda yetişən bitkilər haqqında məlumat verilib.
Qeyd edək ki, “Açıq qapı” günü oktyabrın 1-nə kimi davam edəcək. Ekskursiyalar ödənişsiz keçiriləcək.