Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində əsas yolda təmir işləri aparılır. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az xəbər verir.
Maştağa yolunun bir hissəsində “Azərsu” qazıntı işləri həyata keçirir. Bununla bağlı əraziyə xüsusi texnika cəlb olunub. Hazırda avtomobil yolunda hərəkətə qismən məhdudiyyət qoyulub.
Həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.