Jurnalist Maksim Şevçenko ilə keçiriləcək görüşün məkanı dəyişib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbir oktyabrın 6-7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Görüş filosof-ilahiyyatçı Heydər Camalın həyatına həsr olunub.
Biletləri şəhərin kassalarından və onlayn almaq mümkündür.
Bundan qabaq görüşün Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılırdı.