top
“Məni görəndə xoxan gəldi deyirlər” – Gözünün içinə qədər döyməli Ülvi Əbilovla ÖZƏL MÜSAHİBƏ
30 dekabr 2024, 04:49
- ↺ +

“Məni görəndə "xoxan gəldi" deyirlər” – Gözünün içinə qədər döyməli Ülvi Əbilovla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əvvəllər insanlar bədənin müxtəlif nahiyələrində yer alan bu şəkillərə birmənalı yanaşmırdılar. Çoxları döyməni yüngül həyat tərzi keçirən, məhbəs həyatı yaşayan, cəmiyyətdə əxlaq normalarına riayət etməyən insanların nişanı kimi qiymətləndirirdi. Amma zaman keçdikcə bu düşüncələr tarixə qovuşdu.

Ülvi Əbilov Azərbaycanın nadir döymə (tatu) ustalarından biridir. Onun üzü bütünlüklə yazı və simvollarla bürünüb. Gözünün içi belə...

Bakuplus.az məşhur döymə ustası Ülvi Əbilov ilə müsahibəni təqdim edir:

- Ülvi bəy, oxucularımız üçün öncə özünüzü təqdim edərdiniz.

- 1992-ci ildə Şirvan şəhərində anadan olmuşam. Amma uşaq yaşlarımdan Bakıda yaşayıram.

- Sıradan insan olmadığınız dəqiqdir və bu, açıq-aşkar görünür. Döymə sənətinə necə maraq göstərməyə başladınız? Neçə ildir bu sahədəsiniz?

- Uşaq yaşlarımdan rəssamlığa marağım olub. Buna görə kurslara getmişəm. Döyməni şəhərə gələndə insanlarda görüb maraqlandım. Özümü bu sənətdə tapdım.

 - Adətən Azərbaycan ailələri mühafizəkar olurlar, istəyirlər ki, övladları oxuyub həkim, müəllim, hüquqşünas olsun. Sizin bu qərarınızı ailəniz necə qarşıladı?

- İlk döyməmi etdirəndə evdə çox döyülmüşəm. Çox çətin idi, ilk döyməmi etdirəndə altıncı sinif şagirdi idim, ordan-burdan öyrənib, özüm eləmişdim. Evdən, əlbəttə ki, narazı idilər, məktəbdə də mənə pis baxırdılar. Müəllimlərim “küçə uşağı” kimi tanıyırdı. Uşaqlıq dedikdə ancaq müəllimlərin tənələri yadıma düşür, travma qoyublar. Deyirdilər ki, avara olacaqsan...

İndi ara-sıra işləri düşəndə zəng edirlər, amma vaxtı ilə döyməyə qarşı çıxırdılar. İndi də döymə çox yaxşı qarşılanmır, amma 5-10 il əvvəllə müqayisədə daha rahatam.

- Bədəninizin demək olar ki, bütün hissəsi döymə ilə örtülüb. Buna necə qərar verdiniz?

- 6-ci sinifdə oxuyanda döymə məndə elə bir maraq yaratdı ki, on yaşımda ilk döyməmi elədim. İlk dəfə qaşımın üstünə kiçik bir şəkil çəkmişdim, çox xoşuma gəldi, başqasını da etmək istədim. Amma bundan sonra çox insanın məndən uzaqlaşdığını gördüm. Ona görə də üzümü tamamilə döymə etdirməyə qərar verdim.

- Bəs bu sənəti necə öyrənmisiniz? Müəllim yanında yoxsa...

- Təhsil almamışam. “Youtube”da baxıb öyrənmişəm. Əvvəllər dost-tanışa, məhəllə uşaqlarına döymə edirdim. Sonradan buna görə mənə pul da verdilər. Yavaş-yavaş baxdım ki, artıq bu sənətin içindəyəm. Sonralar ölkədən çıxıb sənətimlə maraqlandım.

- İlk döyməniz nə olub?

- Hazırda ilk döyməm yoxdur. Dəyişmişəm özümü, digər döymələrlə üstünü bağlamışam.

- Gözlə göründüyü qədər bədəninizdə döyməsiz yer yoxdur. Sayını bilirsiniz?

- Bədənimdə nə qədər döymə olduğunu bilmirəm. Amma döymə olmayan 2 qarış yer var deyə bilərəm. Hərdən uşaqlar məni görəndə vahimələnirlər, "xoxan gəldi" deyirlər.

Özüm öz bədənimə çəkə bilmirəm. Bədənimdə bütün tələblərimdən bir xatirə var. Dostlarım da çəkib. Tələbələrimin böyük bir qismi qadındır. Müştərilərim də əsasən qadınlardır.

- Gözlərinizdəki, bədəninizdəki bütün döymələr sizi kənardan qəribə göstərir. Küçədə gəzərkən bütün baxışların üzərinizdə olması sizi narahat edir?

- Əvvəllər qəribə baxışlardan sıxılırdım, ya “Bisimillah” deyib dua edirdilər, ya da dodaqaltı nəsə mızıldanırdılar. İndi də baxırlar, bilirəm ki, bu, hər zaman belə olacaq. Amma daha əvvəlki kimi reaksiya vermirlər. Müştərilər deyir ki, ünsiyyət qurana qədər səni qəddar adam bilirdim. Tanışlıqdan sonra görürlər ki, hər şey göründüyü kimi deyil. Rəftar və səmimi danışıq simanı dəyişir.

- Döymə etməzdən əvvəl müştəri ilə necə bir hazırlıq prosesi keçirsiniz?

- Müştəri yanıma gəlir və ağlındakı döyməni deyir. Mən də proqramlar vasitəsi ilə müştərinin istəyinə uyğun döymənin şəkilini çəkib, daha gözəlini hazırlayıb real olaraq göstərirəm. Təsdiqləsə, prosesə başlayırıq.

- Döymə etdirmək üçün hansı qaydalar var?

- Döymə etdirməzdən bir gün öncə içki içilməməlidir. Epilepsiya və şəkər xəstələri, ürəyində problem olan insanlar, nevroloji problemləri olanlar döymə edə bilməzlər. Bundan başqa, qadınlar hamiləlik zamanı və menstruasiya dövründə döymə etdirə bilməzlər. Əks halda, başqa fəsadlar ortaya çıxa bilər. Ən əsası - yetkinlik yaşını keçməlidir.

- Tanınmışlardan gələnlər varmı?

- Məşhurlar arasında döymə etdirməyi sevən 10 nəfərdən 8-nin işini mən edirəm. Amma ad çəkə bilmərəm.

- Ən çox qarşılaşdığınız yanlış addımlar hansılardır?

- Ümumi yanlış yaşları aşağı olan, yetkinlik yaşına çatmamış uşaqların gəlməyidi. Yavaş-yavaş sevgi həyatına atılırlar. Bir anlıq həvəslə gəlib qızın adını yazdırırlar. Bu, qızlara da aiddir. Özlərini dərk etmədən, vazgeçilməz sevgi yaşadıqlarını düşünüb bunu əbədiləşdirmək istəyirlər. Bunlar olmamalıdır. Ona görə də 20 yaşına çatmamış gəncləri yalnız valideynləri ilə qəbul edirəm.

- Gözünüzün içinə döymə etdirməyə necə qərar verdiniz?

- Bununla bağlı 5 il düşünmüşəm. 5 ilin sonunda gözümün içinə döymə etdirməyi qərar verdim. Kor olma riskim belə vardı. Bunu gözə aldım.

- Tövsiyə edərsiniz?

- Zövq almaq üçün, hə.

- Maraqlıdır, intim bölgəyə döymə etdirmək üçün müraciət edənlər olub?

- Olub, qəbul eləmirəm. Etik normadan qıraq bölgələrə döymə sifarişi götürmürəm. Kriminal döymələr də işləmirəm.

- Dediyiniz kimi, bizim ölkədə döymə sənəti o qədər də yaxşı qarşılanmır. Buna baxmayaraq, ümumi qazancınız necədir?

- Aya 1000 manat qazanıram. Xarici ölkədə olsam, çox qazanardım. Digər ölkələrdə günə 500-1000 manat qazanırlar. Biz 50-100 qazananda sevinirik.

- Bu müddət ərzində müəllifi olduğunuz ən bahalı döymə nə olub və qiyməti?

- Fərqli bir canavar şəkli olub. 3 seansa işləyib bitirmişəm. Hər seansı da 3 saat çəkib. Qiyməti 500 olub.

- Döymə sənətinə qarşı hələ də mənfi yanaşma var. Buna necə reaksiya verirsiniz?

- Bəli, hələ də mənfi yanaşma çoxdur. Buna görə xarici ölkəyə köçməyi düşünürəm. Avropaya gedirsən, sənət kimi baxırlar, hörmət qoyurlar. Bura qayıdanda boş insan kimi yanaşırlar. İnsanlar dayanan kağıza ürək çəkə bilmir. Biz insan dərisinə çəkirik. Yenə də boş deyirlər.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Oxşar xəbərlər