Milli Xalça Muzeyində növbəti mühazirə baş tutacaq. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az muzeyə istinadən xəbər verir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə keçiriləcək.
Xalçaçı-rəssam Taryer Bəşirovun zəngin yaradıcılıq yoluna həsr edilən mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova tərəfindən aparılacaq.
Tədbir 4 may saat 15:00-da start götürəcək. Öncədən qeydiyyat vacibdir.