Suraxanı rayonunun Əmircan qəsəbəsində içməli su kəsilib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Səttar Bəhlulzadə küçəsində yerləşən 200 mm diametrlik su xəttinin yenidənqurma tədbirləri çərçivəsində 225 mm diametrlik su xətti ilə əvəz olunması ilə əlaqədar suyun verilməsində fasilə yaranıb.
Məhdudiyyət gün ərzində davam edəcək.