Nərimanov rayonunda dibi asfaltlanmış ağac xilas olunub. Bu haqda 8 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Vaqif prospektində (Respublika stadionu və Gənclik metrosunun yaxınlığında) parkda asfaltlanan Eldar şamı xilas edilib. Bakı Şəhər İcra Hakimiyyəti yanında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən səthə yaxın yerləşən ağacın gövdəsi və kökləri asfaltdan təmizlənərək suvarılıb.
[URIS id=51901]