Paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsi, 4-cü mikrorayon dairəsi yaxınlığında piyadalar hər gün təhlükə ilə üzləşirlər. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Belə ki, piyadaların sıx hərəkət etdiyi yol kəsişməsində həm də avtobus dayanacağı mövcuddur. Ancaq ərazidən keçən vətəndaşlar üçün heç bir şərait yaradılmadığından piyadalar avtomobil yoluna çıxaraq özlərini təhlükəyə atırlar.
Sözügedən kəsişmədən keçən sakinlər, adətən, metronun “Memar Əcəmi” stansiyasına doğru üz tuturlar. Buna görə də yolu birbaşa keçirlər.