Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsində təmir-bərpa işləri yekunlaşıb. Bu haqda bu gün, 11 noyabr tarixində Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.
2 hərəkət zolaqlı, eni 8, uzunluğu isə 800 metr olan avtomobil yoluna asfalt-beton örtüyü çəkilib. Kanalizasiya sistemi bərpa olunub, kommunikasiya xətləri təkmilləşdirilib. Küçədə piyada səkiləri bərpa olunub.
Cari il ərzində Nəsimi rayonunda ümumi uzunluğu 6 kilometr olan 12 küçə əsaslı təmir olunub.
[URIS id=14063]