Bakının Nəsimi rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun A.Bakıxanov küçəsi ilə A.Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Nəsimi rayonunun C.Məmmədquluzadə, N.Yusifbəyli, A.Bakıxanov, N.Vəzirov, H.Sarabski, Mərdanov Qardaşları, H.Ələsgərov, A.Nəsibov küçələrinin qaz təchizatında yaranacaq.