Bakının mərkəzində yolu su basıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az xəbər verir.
Söhbət Nəsimi rayonu, Xəqani və Rixard Zorge küçələrinin kəsişməsindən, Çin səfirliyinin qarşısından gedir. Kanalizasiya suyunun daşması səbəbindən yolların bir hissəsini su basıb. Bu da həm maşınların, həm də piyadaların hərəkətinə maneə yaradır.
Sakinlərin sözlərinə görə, bu ərazidə kanalizasiya mütəmadi olaraq daşır.
[caption id="attachment_141158" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]