Bakının Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayon ərazisində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrdə yollar, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı və yağış kürəbəndləri yuyularaq təmizlənib.
Həmçinin iməcilik zamanı heykəllər yuyulub, açıq sahələr alaq otlarından təmizlənib, ətrafda səliqə-sahman işləri aparılıb. Eləcə də ticarət obyektlərinin vitrinləri yuyulub və ümumi sanitar-təmizlik işləri görülüb.