Bloger Ramal İsayev canlı yayımda intihara cəhd edib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az məlumat verir.
O, dərman içərək özünə qəsd etmək istəyib. Bloger Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Hazrda onun vəziyyəti stabildir.
"Vətəndaş Ramal İsayev 2024.01.26 tarixində dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Ona dərhal yardım olunub. Vəziyyəti stabildir. Evə buraxılması nəzərdə tutulur", - KTM-dən bildirilib.
İnstaqramda 1,5 milyon izləyicisi olan bloger özünü öldürmə səbəbini digər tanınmış azərbaycanlı blogerlər Elmira Namazova və Tural Namazovla əlaqələndirib.
Ətraflı videoda:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/sequence-01_16.mp4"][/video]