Məşhur rusiyalı ifaçı İnstasamka Bakıya gəlir. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az İticket.az saytına istinadən xəbər verir.
"За деньги да", "Lipsi ha", " Popstar", "Mommy", "Juicy" və digər ifaları ilə tanınan “İnstasamka” ləqəbli ifaçı, tiktoker və instabloger Darya Zoteyeva Bakıda konsert verəcək.
Onun İnstagram səhifəsində 5 milyon 400 min izləyicisi var.
Tədbir 12 may tarixində “Elektra Events Hall”da baş tutacaq. Biletlər 20 saatdan az müddətdən sonra satışa çıxarılacaq.