top
Ölərkən səkkiz xəstəni yaşada bilərsiniz: Azərbaycanda orqan bağışlamaq istəyənlər nə etməlidirlər? - MÜSAHİBƏ
18 noyabr 2024, 00:48
- +

Ölərkən səkkiz xəstəni yaşada bilərsiniz: Azərbaycanda orqan bağışlamaq istəyənlər nə etməlidirlər? - MÜSAHİBƏ

Donor olmaq, öldükdən sonra orqanını bağışlamaq hər insana qismət olmur. Çünki bir orqan donoru səkkiz, bəzən də on insanın həyatını xilas edə bilər. Lakin donor çatışmazlığı bu gün də bütün dünyanın qarşılaşdığı problemlərdəndir. Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir.

Ölkəmizdə transplantasiya və orqan donorluğuna münasibət, bu sahədə yeniliklərlə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova kaspi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Yeganə xanım, Azərbaycanda orqan bağışlamaq istəyənlər hara müraciət etməlidir və prosedur necədir?

- Hər bir Azərbaycan vətəndaşı ölümündən sonra və canlı olaraq orqan bağışlaya bilər. Canlı olaraq kök hüceyrə, sümük iliyi, yaxın qohumlara isə böyrək və qaraciyəri bağışlamaq mümkündür. Orqanını bağışlamaq istəyən şəxs Orqan Transplantasiya Mərkəzinə müraciət etməlidir. Bununla bağlı xüsusi ərizə formamız var. Bu forma Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunub. Vətəndaş ölümündən sonra hansı orqanını vermək istəyirsə, orqanı seçərək işarələyir və imzalayır. Bunu imzalamaq o demək deyil ki, ölümündən sonra mütləq orqanını verəcəksən. Hər ölən şəxsin orqanı yararlı olmur. Orqanın bağışlanması üçün insan dünyasını dəyişən vaxt mütləq süni tənəffüs aparatında olmalıdır ki, ağciyərlərə oksigen getsin. Xəstənin beyin ölümü reallaşıbsa, ürək işləyir. Əgər insan sağlığında donor olmaq istəyibsə və ya yaxınları onun orqanlarının götürülməsinə razılıq veriblərsə, həkim reanimatoloqlar onu iki, maksimum üç gün saxlaya bilirlər. Çünki ürək öz sinir sistemi hesabına beyindən siqnal gəlməsə belə, iki gün döyünə bilir. Həmçinin insan var ki, 18 yaşında donor olmaq istəyir, formanı imzalayır, lakin 90 yaşında böyrək çatışmazlığından dünyasını dəyişir, orqanları yararlı olmur. Yəni orqanlarını bağışlamaq hamıya qismət olmur.

- Bu formanı imzalayan şəxsin beyin ölümü reallaşdıqda, orqanları yararlıdırsa, bu məlumat sizə necə bildirilir? Azərbaycanda belə struktur varmı?

- Əgər komada olan xəstə varsa, bizə xəbər daxil olur. 2023-cü ildə tərtib etdiyimiz və Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiq olunan beyin ölümü protokolu var. Protokol isim.az saytında yerləşdirilib. Protokola əsasən, xəstəyə beyin ölümü diaqnozu qoyulursa və onun adı bizim reyestrdə varsa, orqanları götürülür.

- Dünyada orqan transplantasiyası ilə bağlı razılıq protokolları var. Azərbaycan hansını tətbiq edir?

- Dünyada Opt-In (İstəyə bağlı sistem), Opt-Out (İstəyə bağlı olmayan sistem) sistemini tətbiq edən ölkələr var. Azərbaycan Opt-In sistemini tətbiq edir. Bizim vahid informasiya bazamızda ölümündən sonra donor olmaq istəyən və istəməyən insanların reyestri var. Əgər insan sağlığında gəlib, həmin formanı imzalayıb “yox” deyirsə, onun heç qohumları ilə də orqan transplantasiyası ilə bağlı söhbət aparılmır, çünki əvvəldən razılıq verməyib. Bu formanı imzalayıb təsdiqləyən insanların isə qohumlarından soruşulmadan orqanları götürülür. Üçüncü növ insanlar isə neytrallardır. Yəni nə razılıq veriblər, nə də yox deyiblər. Onların qohumları ilə söhbət aparılır.

- Ən çox hansı orqana ehtiyac var?

- Bütün dünyada ən çox ehtiyac duyulan orqan böyrəkdir. Sonra qaraciyər, ürək, ağciyər gəlir. Həmçinin kök hüceyrə, sümük iliyi donorlarına da ehtiyac çoxdur.

- Azərbaycanda kök hüceyrə bankı formalaşacaq. Bunun əhəmiyyəti nədir?

- Azərbaycanda 2014-cü ildən bu günə qədər 200-ə yaxın sümük iliyi transplantasiya əməliyyatı olub. Amma bu əməliyyatlar ancaq bacı-qardaş bir-birinə uyğundursa həyata keçirilib. Donoru olmayan əməliyyat ola bilmir və bu say kifayət qədər çoxdur. Bizim kök hüceyrə bankımız olsa, özümüz onlara donor təqdim edə bilərik. Bu adi qanvermə prosedurudur. İnsanlar donor olmaq üçün razılıq verir, formanı imzalayır, biz onu müayinə edirik və kök hüceyrə bankında, reyestrdə qeydiyyata düşür.

- İnsanlar arasında hətta ekspertizada belə “filankəsi kəsib, doğradılar”, “yardılar” kimi şüuraltına yeriyən və dəhşətli sayılan ifadələr var. Hansı ki, bu ifadələr donor olmaq istəyən insanları qorxudur. Bir meyitdən orqan necə götürülür?

- Canlı insan necə əməliyyat edilirsə, meyitdən də orqanlar həmin formada götürülür. Meyit aparatda olarkən əməliyyatxanaya aparılır, qarın boşluğu açılır, orqanlar götürülür, sonra orqanların yerinə silikon yerləşdirilir və səliqəli şəkildə tikilir.

- Ailə orqan verdiyi adamı tanıyırmı?

- Xeyr, bu, tam məxfidir. Elə bu işin savabı da onun məxfiliyindən irəli gəlir.

- Transplantasiya əməliyyatları bahalı əməliyyatlar hesab olunur. Hazırda dövlət tərəfindən hansısa güzəştlər tətbiq olunurmu?

- Bəli, bahalıdır. Amma dövlət tərəfindən də bu xəstələrə müəyyən güzəştlər olunur. Məsələn, 2016-cı ildən xroniki böyrək xəstəliklərinin müalicəsi proqramı var və dövlət tərəfindən hər il müəyyən qədər vəsait ayrılır. Təqribən hər il 30-35 xəstəyə böyrək transplantasiyası həyata keçirilir.

- Dünyada ksenotransplantasiya (heyvandan orqan köçürülməsi) tətbiq olunur? Biz bunu tətbiq edə bilərikmi?

- Bizim qanunvericilikdə ksenotransplantasiyaya icazə verilmir. Qanunvericiliyin öz incəlikləri var, məsələn, beyin ölümü keçirən meyitdən orqan bütün dünyada uşaq anadan olan andan götürülə bilər, amma bizim ölkədə bir yaşından götürmək olar.

- Yeganə xanım, ölən bir insan neçə insana həyat verə bilər?

- Bir donor səkkiz insana həyat verə bilər. Buynuz qişa, qaraciyər, böyrək, ağciyər iki şəxsə köçürülür, ürək bir adama verilir. Həmçinin mədəaltı vəz, incə bağırsağın köçürülməsi mümkündür.

Son xəbərlər

Xəbər
Bu gün, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Bu gün, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Bu gün, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Bu gün, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Bu gün, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Bu gün, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Bu gün, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
Dünən, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
Dünən, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
Dünən, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
Dünən, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Dünən, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Dünən, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Dünən, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Dünən, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər