top
Payızın 44 anı
27 sentyabr 2024, 04:02
- ↺ +

Payızın 44 anı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ilin 27 sentyabr günü bütün Azərbaycan səhəri bir xəbərlə açdı:müharibə başlayıb. Bu, 30 illik həsrətin, 30 illik nisgilin sonu idi. Artıq ürəklərdə getdikcə solmaya başlayan ümid elə müharibənin ilk günü yenidən cücərməyə başladı. Hərbi əməliyyatların ilk günü Azərbaycan Ordusu 5 yaşayış məntəqəsini düşmən işğalından azad etdi.

Artıq bütün Azərbaycan bir ağızdan deyirdi, biz qayıdırıq! İlahi, bu 44 gün ərzində biz nələr görmədik! 10 milyon xalqın bir yumruq kimi vahid məqsəd uğrunda birləşməyini görməkdən gözəl nə ola bilər ki? Görəsən, dünyada müharibəyə, döyüşə toy-bayramla, sevinə-sevinə, gülə-gülə, zarafatlaşa-zarafatlaşa yollanan ikinci bir millət varmı?

Səfərbərlik idarələrinin qarşısında gecədən növbəyə duran kim, könüllü ordu sıralarına qoşulmaq istəyən kim... Onlar arasında 18 yaşlı gənc də vardı, 55-60 yaşlı ahıl kişilər də! Bir millətin Ulu olduğunu, mərd olduğunu göstərən başqa bir mənzərə varmı? İlahi, bu 44 gün ərzində 10 milyonluq xalq nə qədər qəhrəmanlıq dastanı yarada bilərdi ki? Küçələrdən keçən əsgər daşıyan yük maşınlarının ardınca qaçıb su, yemək verən kim, cəhbədəki əsgərlər üçün isti əşyalar toplayıb məntəqələrə daşıyan kim, həyətindəki dananı, quzunu kəsib kabab çəkərək çörəyin arasına büküb maşınlara çatmağa çalışan kim, əlindəki meyvə qutusu ilə yük maşınına tullanan kim...

Varmı dünyada tayı-bərabəri bu millətin? Varmı dünyada bir yumruq kimi birləşən başqa xalq? Cəbhədən hər gün xəbərlər gəlirdi. Şəhidlərimiz olurdu. Üçrəngli bayrağa bükülü tabutlar təkcə öz evlərinə, ünvanlarına yox, 10 milyonun ünvanına gəlirdi.

Şəhid dəfnlərində minlərə insanın iştirakı, qızğın şüarlar, bir gecədə saçı ağaran şəhid anaları, bir gecədə beli bükülən şəhid ataları... Amma mərdi-mərdanə durdu bu valideynlər. Vətən sağ olsun dedi bu valideynlər. Varmı tayı-bərabəri bu insanların dünyada? Cəbhədən hər gün Qələbə xəbərləri gəlirdi. Hər azad edilən əraziyə görə bir gözü sevinən 10 milyonun hər şəhid xəbərinə görə bir gözündən yaş gəlirdi. Varmı dünyada belə bir millət? Bir gözü sevincdən, bir gözü kədərdən ağlasın? İlahi, bu 44 gün ərzində bu xalq necə imtahanlardan, sınaqlardan keçdi?

Bu 44 gün ərzində bu xalq bütün imtahanlardan, sınaqlardan üzüağ çıxdı. Varmı dünyada son 100-150 ildə işğal altında olan torpağını azad edən dövlət? Varmı dünyada Ordusuna, Ali Baş Komandanına bu qədər bağlı bir millət? İlahi, bu 44 gün ərzində biz necə qəhrəman, igid insanlar gördük. Bərdə, Tərtər, Gəncə atəşə tutuldu. Bir nəfər yerini, yurdunu tərk etdimi? Bir nəfər şikayət etdimi?

Varmı dünyada elə bir insan ki, evinə düşən raketdən sonra televiziyaya “biz qorxmuruq, naoborot qızışırıq” desin? Varmı dünyada elə bir ölkə ki, atılan raket zərbəsindən yaralanan körpənin alnından axan qanın altından cəsur baxışlarla baxsın, baxışlarında bir qram da qorxu olmasın? İlahi, bu 44 gündə nələr gördük, nələr yaşadıq. Arxa cəbhədə nələr gördük! Rusdilli, ingilisdilli təbəqənin sosial şəbəkələrdə gecə-gündüz demədən Azərbaycanın haqq səsini dünyaya cər çəkdiyini gördük! Ayrı vaxt bir-biri ilə sosial şəbəkədə didişən azərbaycandilli, rusdilli seqmentin necə vahid yumruğa çevrildiyini gördük! Azərbaycanın hər yerindən, hər kəndindən, hər evindən axan dəstəyi gördük! Həkimlərin sutkalarla yatmayıb əməliyyat otaqlarından çıxmadığını gördük! Vətən üçün canından keçən tibb işçilərini gördük! Biz nələr görmədik ki? Biz Şuşada, Cəbrayılda, Zəngilanda, Fizulidə, Ağdamda, Qubadlıda və digər ərazilərdə dalğalanan Azərbaycan bayrağını gördük! Qürurlandıq, ağladıq, sevindik, bir-birimizi təbrik etdik.

Yaşadıqlarımızı bir yuxu sandıq! Biz nur üzlü şəhidlər gördük. Biz Xudayarın yanğılı səsini eşitdik. Ucaboylu, enlikürək igid oğlanların ölümə qorxusuz baxdığını gördük! Mehrabın iri, yaşıl gözlərini, xoş təbəssümünü gördük! Bir-biri ilə zarafatlaşan, qan-qadağanın içində yumor hissini itirməyən oğullar gördük! Uçuq evdə piano başında əsər ifa edən əsgər gördük! Sahibsiz qalan itə, pişiyə, ev heyvanına qayğı göstərən hərbçi gördük! Biz nə igidlər, nə oğullar gördük!

Dinindən, təriqətindən, milliyətindən, etnik kimliyindən, sosial statusundan, cinsindən, işindən, pulundan, varından, dövlətindən asılı olmayaraq bir amal uğrunda birləşən Xalqı gördük! Bu xalqı birləşdirən amalın adı Vətəndir! Bu günləri, bu hissləri, bu anları bizə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna, Şəhidlərimizə, Qazilərimizə və Azərbaycan Xalqına dərin ehtiramla!

Hikmət Həsənov

Mənbə: insanoid.com

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər