Bakının Səbail rayonu, Lev Tolstoy küçəsinin Azərbaycan prospekti ilə kəsişməsində yol nişanları bir-birinə ziddir. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Bildirilir ki, yol nişanı öz yerindən qoparaq əks istiqaməti göstərir. Bu vəziyyətdə qalan nişan sola dönməyi məcbur etsə də, birtərəfli yolun istiqamətini əks etdirən əlavə nişan və yolun digər tərəfində quraşdırılan “Giriş qadağandır” nişanı sürücüləri çaşdırır.