Cari ildə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqıları 976 manat olub. Bu barədə bu gün, 20 dekabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən məlumat verir.
BŞTİ-nin tabeliyində olan bağçalarda çalışan müəllim-tərbiyəçilərin orta aylıq əməkhaqqıları isə 612 manat təşkil edib.