Bakıda qadınları fahişəliyə cəlb edən qadına qarşı cinayət işi açılıb. Bu haqda bu gün, 17 yanvar tarixində Oxu.az məlumat verib.
A.Ömərova Cinayət Məcəlləsinin “Gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlbetmə” maddəsi ilə təqsirləndirilir.
İlkin məlumat görə, zərərçəkmiş qismində 21-33 yaşlarında olan dörd qız var. 29 yaşlı A.Ömərova cinayət əməllərini WhatsApp tətbiqi vasitəsilə həyata keçirib. O, sosial şəbəkə vasitəsilə gənc qızları 50 manat müqabilində kişilərlə görüşməyə məcbur edib.
Məhkəmənin qərarı ilə A.Ömərova haqqında heç yerə getməmək barədə qərar çıxarılıb. Cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.