Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.
Bundan əlavə, polislərin keçirdikləri tədbirlərlə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.
Faktlarla bağlı araşdırma aparılır.