top
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı
04 oktyabr 2024, 05:42
- +

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur.

“Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin müstəntiqinin vəsatəti əsasında həbs edilib.

Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə “əl krediti” formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri, bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində işləyənlərdir.

Maraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr istintaqda deyiblər ki, Samirin yaşadığı evə gediblər və otaqlarda hərbi formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə 36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin əməllərini üzünə deyərək onu ifşa ediblər.

İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:02

"TikTok"dakı təhqir mübahisəyə səbəb oldu, yeniyetməyə ağır xəsarət yetirildi

Xəbər
Bu gün, 09:26

Yasamal və Xəzərin bəzi ərazilərində işıq olmayacaq

Sabunçu
Dünən, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
Dünən, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
Dünən, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Xəbər
Dünən, 16:43

Bakıda 31 kq narkotik aşkarlandı - VİDEO

Xəbər
Dünən, 16:00

Zeynəb Xanlarova əməliyyat olundu

Xəbər
Dünən, 15:28

"Melissa Group"un mühafizəçisi sakini döyüb

Xəbər
Dünən, 15:10

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Xəbər
Dünən, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Dünən, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Dünən, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Dünən, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Dünən, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Dünən, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Dünən, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Dünən, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Dünən, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Dünən, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
22 sentyabr 2026, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
22 sentyabr 2026, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
22 sentyabr 2026, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
22 sentyabr 2026, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
22 sentyabr 2026, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Oxşar xəbərlər