Bakıda taksi sürücüsü və polislər arasında mübahisə yaranıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında baş verib. PPX əməkdaşları taksi kimi fəaliyyət göstərən “VAZ-2106” markalı avtomobilin sürücüsü Tahir Mədətova (ad və soyad şərtidir) nəqliyyat vasitəsini ərazidən götürməsini tələb ediblər. Sürücünün sözlərinə görə, polis əməkdaşları onunla kobud rəftar ediblər, avtomobilin həmin yerdən çıxarılmasının mümkün olmadığını dedikdə isə onu tutub polis maşınına salmaq istəyiblər. Ancaq ətarfdakı insanların köməkliyi ilə polislər onu sərbəst buraxıblar.
Bundan dərhal sonra Tahir Mədətov öncə “102” qaynar xəttinə zəng etməklə, daha sonra isə polis şöbəsində polis əməkdaşlarına qarşı şikayət edib.
Məsələ məhkəməyə çatıb və polis əməkdaşları bildiriblər ki, taksi sürücüsü əmrə tabe olmayıb və onlara qarşı nalayiq ifadələr istifadə edib. Belə ki, o, əməkdaşlara “poqonlarınızı sökdürəcəm” deyərək onları hədələyib.
Nəticədə taksi sürücüsü polis əməkdaşına tabe olmadığına görə 150 AZN məbləğində cərimələnib.