top
“PR tortdursa, media həmin tortun kremi, bəzəyidir” – PR mütəxəssisi ilə ÖZƏL MÜSAHİBƏ
20 dekabr 2024, 05:51
- +

“PR tortdursa, media həmin tortun kremi, bəzəyidir” – PR mütəxəssisi ilə ÖZƏL MÜSAHİBƏ

“Biz o insanla bir neçə dəfə görüş keçirtdik, o insan mənə gördüyü işi tam izah edə bilmədi. Ən önəmlisi - unikallığını tapa bilmədi. Mən də bir insanı tam anlamıramsa, onun yol xəritəsini hazırlaya bilmirəm. Çox pul təklif etməsinə rəğmən, onunla işləyə bilmədik”.

Bakuplus.az-ın bugünkü müsahibi PR (Public Relations) mütəxəssisi Aida Ramizdir.

Onunla müsahibəni təqdim edirik:

- Aida xanım, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz.

- Bakıda doğulmuşam. Universitet təhsilimi ilk Azərbaycan Dillər Universitetində almışam, Estoniyada isə “Erasmus” keçmişəm. Daha sonra İstanbul Aydin Universitetinin “İctimaiyyətlə əlaqələr və Tanıtım” magistratura ixtisasını bitirmişəm. Bundan əlavə “Gazetecilik” üzrə ixtisasartırma təhsili almışam. Almaniya, Polşa, Avstriya, Yunanıstan, Macarıstan və s. ölkələrdə kurslar keçmişəm, layihələrdə iştirak etmişəm, konfranslarda olmuşam.

- PR sahəsinə necə qədəm qoydunuz? Bu sahəyə olan marağınız nə zaman başladı? Öz hekayənizi danışardınız.

- Uşaqlıqdan komplekssiz olmağım, hər kəslə ünsiyyət qurmağım, heç nədən utanmamaq, rahatlıqla istənilən auditoriyada danışmağım, özümü düzgün ifadə etməyim mənim bu sahəyə gəlməyim üçün bir işarə idi. Həmişə deyirdim ki, mən jurnalist olacam və mən insanları düzgün təqdim edəcəm, insanları tanıdacam. Hətta çox yaxın rəfiqəm var idi, o, həmişə modelyer olacağını deyirdi.  Mən də deyirdim, sən geyindirəcəksən, mən həmin insanları cəmiyyətdə göstərəcəm, fərqləndirəcəm. PR-ın nə olduğunu bilmirdim axı. Əslində bu sahəni istəyirdim, amma adın bilmirdim. İndi bir çox insan jurnalisti və PR-ı qarışdırdığı kimi mən də bu sahəni bilməyib, belə ifadə edirdim.

Sonra təsadüfən gənclər təşkilatlarının birindən PR üzrə təcrübə imkanı qazanıb, fəaliyyətə başladım. Daha sonra həm Bakıda, həm də İstanbulda müxtəlif dövlət qurumları, təşkilatlar, şirkətlərdə çalışdım. Anladım ki, mən burada olmalıyam, istədiyim budur. Və beləliklə, PR yolum başladı. Düşünürəm ki, uşaqlar gələcəkdə hansı peşədə olacaqlarsa, özlərini harada xoşbəxt hiss edəcəklərsə, onu uşaqlıqdan xarakterləri, bacarıqları və ya işarələri ilə göstərə bilir.

- Bildiyim qədəri ilə bir müddət jurnalist kimi də çalışmısınız. Bəs bu sahəyə necə gəldiniz?

- Bəli, çalışmışam. Universitetə daxil olanda jurnalistika məktəbinə də başladım. Məktəbi bitirdikdən sonra saytların birində jurnalist kimi çalışdım. 17 yaşım var idi.

- Ölkə hüdudlarından kənarda, müxtəlif xarici ölkələrdə PR sahəsini görmüsünüz. Maraqlıdır, müasir PR dünyasında ən vacib bacarıqlar hansılardır?

- Analitik düşünmə qabiliyyəti, hər sahədən az da olsa bilikli olmaq, sadə dildə ünsiyyət, insanlardan çəkinməmək, özünü davamlı inkişaf etdirmə bacarığı.

- PR mütəxəssisi olaraq sizin ən böyük uğurunuz nə olub?

- Çoxlu insan tanımaq, fərqli sahələrdən olan insanlardan maraqlı biliklər öyrənmək, həyat dərsi ala biləcəyim həyat hekayələri dinləmək. Düşünürəm ki, insan kapitalı çox önəmlidir. Buna görə özümü varlı hesab edirəm.

- PR strategiyalarında ən çox istifadə etdiyiniz metodlar və alətlər hansılardır?

- Çalışıram ki, strategiyaya uyğun olaraq, PR metod və alətlərindən istifadə edim. Hər şeyi bir anda, eyni vaxtda istifadə etmirik. Ən çox bəyəndiyim PR metodlarından bir neçəsini nümunə verə bilərəm: icma əlaqələrinin düzgün qurulması, daxili kommunikasiyanın inkişafı, media əlaqələri, tədbirlərin təşkili. PR hesabatlara, ictimai rəyə əsaslanmalıdır. Elə buna görə də sevdiyim alətlər də var. Media monitorinq, analitika və hesabat alətləri, mətbuat dəstləri.

- Sosial medianın PR sahəsinə təsirini necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, hələ də bir çox insan düşünür ki, sosial media PR deməkdir. Amma sosial media PR və ya marketinqin bir hissəsidir. Rəqəmsal PR-da sosial medianın rolu böyükdür. Çünki biz PR-da ikitərəfli ünsiyyətə önəm veririk. Sosial media da bu ünsiyyətə imkan yaradır və dərhal qarşılıq verir. Brendimiz haqında məlumatı artırmaqda çox kömək edir. Böhranlar zamanı rəyləri, fikirləri nəzarətdə saxlamaq üçün əlimizdən tutur. Çap reklamları və TV-yə reklam yerləşdirdikdə nisbətən daha az vəsait xərcləyirik. Hekayəmizi, məzmunumuzu yaxşı ötürməyə imkan yaradır.

- PR sahəsindəki ən böyük çətinliklərdən biri nədir və bunu necə aşmağa çalışırsınız?

- İlk növbədə bu sahəni düzgün anlamamaq böyük problemdir. Düşünürlər ki, PR reklam deməkdir və ya jurnalistikadır. Bundan əlavə sahibkarların və şəxslərin tez nəticə gözləməsidir problem. Anlamaq lazımıdır, PR uzunmüddətli strategiyaya əsaslanır. Yəni sən 12 ay işləyə, nəticə görməyə bilərsən. Amma 13-cü ayda əla nəticə görərsən. PR-da səbirli olmaq şərtdir. Qaçaqaçla nəsə əldə etmək olmur.

- Bəs media ilə əlaqələr necə qurulmalıdır? Bu əlaqələrin güclü olmasının PR kampaniyalarına nə kimi təsiri var?

- PR tortdursa, media həmin tortun kremi, meyvəsi, bəzəyidir. Davamlı media ilə əlaqələriniz yaxşı olmalı və həssas davranmaq lazımdır. PR etikası burada papağını alır ələ, deyərdim.

PR yaxşı iş görə bilər, müəssisənin, qurumun imicini yaxşılaşdıra bilər. Amma media ilə əlaqəsi yaxşı deyilsə, işi tam görməyib deməkdir.

PR kampaniyalarının köməyinə gəldikdə isə, jurnalistlərlə əlaqələrinin inkişafına, böhran zamanı vəziyyəti yumşaltmağa, ictimaiyyət və media qarşısında etibarlı, inamlı olmaq imkanı yaradır.

- PR və marketinq arasındakı fərqləri necə izah edərdiniz? İki sahə arasındakı əməkdaşlıq necə olmalıdır?

- İctimaiyyətlə Əlaqələr və marketinq - hər ikisi brendi tanıtmağa xidmət edir, lakin onların fərqli məqsədləri və strategiyaları var. PR müsbət ictimai imicin qurulmasına və saxlanmasına, media, təsir edənlər və ictimaiyyət də daxil olmaqla xarici maraqlı tərəflərlə əlaqələrin idarə edilməsinə diqqət yetirir. Yəni, mediada işıqlandırma, press-relizlər, hadisələr və böhranların idarə edilməsini əhatə edir. Marketinq isə ilk növbədə satışları artırmağa və hədəflənmiş kampaniyalar vasitəsilə xüsusi məhsul və ya xidmətlərin təşviqinə diqqət yetirir. Marketinq strategiyalarına tələb yaratmaq və gəliri artırmaq üçün reklam, promosyonlar, bazar araşdırması və rəqəmsal kampaniyalar daxildir. PR daha uzunmüddətli olmağa meylli olsa da və diqqəti reputasiyaya yönəltsə də, marketinq adətən qısamüddətli və satışa əsaslanan olur. PR məlumatlılıq və etibar yaradır, marketinq isə bu inamı satış və ya potensial müştərilər kimi maddi nəticələrə çevirməyi hədəfləyir.

- Öz işinizdə yaradıcı yanaşmalar tətbiq edirsinizmi? Hansı qeyri-adi PR kampaniyalarını bəyəndiniz və niyə?

- PR mütəxəssisi mütləq işində kreativ yanaşmalar tətbiq etməlidir. Bir şeyi unutmaq lazım deyil ki, bir ölkədə kreativ ola biləcək kampaniya bizdə kreativ olmaya bilər. Kreativlik zamanı ölkənin düşüncə tərzinə, mədəniyyətinə, dəyərlərinə önəm verməliyik.

Bəyəndiyim qeyri-adi, həm də sadə kampaniyalar var. Nümunə kimi IKEA: "The Sleepover" göstərə bilərəm. Düzdür, bu bir az köhnə kampaniyadır.

IKEA bir qrup şanslı müştərini IKEA mağazasında gecələməyə dəvət olunduğu bir tanıtım tədbiri təşkil edir. Tədbirə salon çarpayılarında yatmaq, mağazanın imkanlarından istifadə etmək və yuxu ilə bağlı viktorinada iştirak daxildir. Bu, onların ev əşyalarını, xüsusən də yataq otağı məhsullarını vurğulamaq üçün kampaniyalarının bir hissəsi idi.

Mebel mağazasında yatmaq ideyası çox maraqlı və sadə ideya idi. IKEA-nın sərgi salonunu təcrübə marketinqi üçün bir yerə çevirərək, əvvəllər heç kimin ağlına belə gətirmədiyi “yuxu” təklif edilirdi.

Kampaniya mediada böyük səs-küy yaratdı. Sosial medianın diqqətini çəkdi, insanlar öz təcrübələrini həvəslə bölüşürdülər. Tədbirin qeyri-adiliyi həm ictimaiyyətdə, həm də mediada maraq doğurmuşdu, geniş işıqlandırılmasını təmin etmişdi. Emosional bağ və həqiqi təcrübə yaranmış oldu. IKEA müştərilərlə yaxınlıq və birbaşa əlaqə hissi yaradıb, onlara öz məhsullarını yeni və şəxsi şəkildə təcrübədən keçirməyə imkan verdi.

- Bu neçə ildə qarşılaşdığınız ən maraqlı hadisə nə olub?

- İşim olduqca maraqlıdır. Dinamikdir və işin içində çoxlu insan varsa, maraqlı hadisələr olur. Maraqlı həyat hekayələri dinləyirəm. Onlarla birgə bəzən gözüm dolur, bəzən gülür, bəzən həyatı daha fərqli dərk edirəm. Amma sizə başqa hekayə danışacam.

Məşhur bir kouç var idi, insanlar tərəfindən çox tanınırdı. Şəxsi brendini inkişaf etdirmək üçün mənə müraciət etmişdi. Biz o insanla bir neçə dəfə görüş keçirtdik, o insan mənə gördüyü işi tam izah edə bilmədi. Ən önəmlisi - unikallığını tapa bilmədi. Mən də bir insanı tam anlamıramsa, onun yol xəritəsini hazırlaya bilmirəm. Çox pul təklif etməsinə rəğmən, onunla işləyə bilmədik.

Düşünürəm ki, şəxsi brendinqlə məşğul oluramsa, özüm qarşımdakını anlamalı, inanmalı, dərk etməliyəm. Yoxsa onun üçün heç bir strategiya qura bilmərəm. Mütləq kökdə inam, etibar, dürüstlük olmalıdır. İnsanlar sevir ki, cəmiyyətdə tanıdıqları insanlar özləri olmağı seçsin və dürüst olsunlar. Bu zaman uzunmüddətli strategiya yaxşı nəticələr verə bilər.

Fidan İlqar

 

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 18:00

Beşinci övladını evdə dünyaya gətirdi

Nəsimi
Dünən, 17:35

13-cü mərtəbədəki mənzil problem yaradır - Sakinlər məhkəmə qərarından şikayətçidir

Xəbər
Dünən, 17:18

Mağazada əşya sındıran şəxs ödəniş etməyə məcburdur? – CAVAB

Aktual Xəbərlər
Dünən, 17:15

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artıb

Aktual Xəbərlər
Dünən, 16:15

Abşeronda dirəksiz qalan elektrik xətləri - Hər an FACİƏ BAŞ VERƏ BİLƏR + FOTO

Xəbər
Dünən, 15:51

Ev tikmək istəyənlərə ŞAD XƏBƏR: Tikinti materialları UCUZLAŞDI

Aktual Xəbərlər
Dünən, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Dünən, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Dünən, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Dünən, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Dünən, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Dünən, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Dünən, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Dünən, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
13 yanvar 2026, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
13 yanvar 2026, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
13 yanvar 2026, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
13 yanvar 2026, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
13 yanvar 2026, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
13 yanvar 2026, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
13 yanvar 2026, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
13 yanvar 2026, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
13 yanvar 2026, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
13 yanvar 2026, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Oxşar xəbərlər