Prezident İlham Əliyev Bakı şəhəri Nərimanov rayonu ərazisində avtomobil yollarının təmiri və yenidənqurma işləri ilə bağlı sərəncam imzalayıb. Bu haqda 28 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytında məlumat yayılıb.
Sərəncama əsasən, Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb. Rayonda təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.