Bakıda 24 avqust tarixində Tinkercad və Arduino proqramları ilə işləmək arzusunda olanlar üçün onlayn seminar keçiriləcək. Dərs saat 10:00-da Google meet platforması üzərindən təşkil olunacaq və 2 saat davam edəcək.
Seminarda proqramlara tanışlıq, onların hissələri və proqramlaşdırılmasından əlavə iştirakçılara nümunə layihə kimi tapşırıqlar da veriləcək.
Təlimdə iştirak haqqı 15 manatdır və rəqəmsal öyrənmə üzrə mütəxxəssis, Elvin Əliyev tərəfindən keçiriləcək.
Qeydiyyat linki: https://forms.gle/vp3LVhSPzWCyA3Sn7
Əlavə məlumat üçün +994 50 716 04 96 nömrəsiylə əlaqə saxlaya bilərsiniz.