top
“Qara cümə”çilər “qara siyahı”ya düşə bilər
02 dekabr 2024, 00:48
- +

“Qara cümə”çilər “qara siyahı”ya düşə bilər

Son illərdə mağazalarda və ya iaşə obyektlərində bayramlarla bağlı endirim kampaniyalarına tez-tez rast gəlmək olur. Xüsusilə bu endirimlər “qara cümə”, “əfsanə cümə” kimi adlanan endirim kampaniyalarında qarşımıza çıxır.

Bu il də müəyyən vətəndaşlar tərəfindən sosial mediada endirim kampaniyalarının saxtalığı barədə paylaşımlar və ya bizə ünvanlanan suallar olub.

Modern.az mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə ilə həmsöhbət olub.

Onun sözlərinə görə, ümumiyyətlə müəssisələrin vətəndaşlara göstərdiyi xidmət və ya satdığı mallar və bunlara dair qanun pozuntuları ilə bağlı müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda və  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapır:

“Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir.

Müsahibimiz qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi “istehlakçıların hüquqlarının pozulması” ilə bağlıdır:

“Həmin maddəyə əsasən bu cür hərəkətlər istehlakçıların hüquqlarının az miqdarda (yəni 100 manatadək) pozulmasına səbəb olduqda inzibati məsuliyyət yaranır və bu zaman fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir”.

İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi isə “reklam haqqında qanunvericiliyin pozulması” ilə bağlıdır. Sözügedən maddəyə əsasən əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir”.

C.Qasımzadə sonda vurğulayıb ki, “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir:

“Həmin Qanunun 16-cı maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti; qiyməti dəyişdirilən əmtəələrin siyahısı; qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti göstərilməli, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır”.

Son xəbərlər

Xəbər
Bu gün, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Bu gün, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Bu gün, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Bu gün, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Bu gün, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Bu gün, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Bu gün, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Bu gün, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Bu gün, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Bu gün, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
Dünən, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
Dünən, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
Dünən, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
Dünən, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
Dünən, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
Dünən, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
Dünən, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Xəbər
Dünən, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Dünən, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Dünən, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Dünən, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Dünən, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
21 sentyabr 2026, 18:00

Bakıda tələbə vəfat etdi

Oxşar xəbərlər