Qaradağ rayonunun bir hissəsində qaz kəsilib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, eləcə də kəmərin kipliyə sınaq olunması ilə əlaqədar bir sıra ərazilərə qazın verilişi dayandırılıb.
Məhdudiyyət Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərini əhatə edir.