Qaradağ rayonu ərazisində reydlər keçirilib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllülərindən ibarət qruplar rayon ərazisindəki küçə və prospektlərdə, park və məhəllələrdə reydlər aparıblar. Monitorinqlər nəticəsində yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi kimi təkliflər hazırlanıb.
Növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında tədbirlərin icrasına başlanılacaq.
[caption id="attachment_131897" align="alignnone" width="640"]
Foto Report.az[/caption]